Meloni: "Avropada rus tankları üçün darıxmıram"

İtaliyanın baş naziri Corcya Meloni Ukraynaya dəstəyi davam etdirməyin vacibliyini bəyan edərək, onun təslim olmasının sülhə deyil, işğala gətirib çıxaracağını vurğulayıb. O, bu barədə Avropa İttifaqı liderlərinin sammiti öncəsi parlamentdə çıxışı zamanı danışıb.

Minval · 2026-10-14

Meloninin sözlərinə görə, Kiyevə dəstək sülh nizamlanmasına zidd deyil, əksinə, onu yaxınlaşdırır. "Əgər Ukrayna sabah, bir çoxlarının ümid etdiyi və ya təklif etdiyi kimi, müdafiə olunmağı dayandırsaydı, biz sülh əldə etməzdik.

Biz Avropanın yarım əsr ərzində tanıdığı Avropa ölkəsinin işğalını və sovet tipli imperializmin qayıtmasını müzakirə edərdik", — deyə İtaliya hökumətinin başçısı bildirib. O, həmçinin Avropada sovet ağalığı dövrlərinə qayıtmaq istəmədiyini vurğulayıb. "Mən Praqa və Budapeştdə üsyanları yatıran rus tankları üçün darıxmıram, Berlin divarı üçün də darıxmıram. Heç kəs məni inandıra bilməz ki, öz azadlığını…