Yuxarı sinif şagirdlərinin davam edən etirazları və bununla bağlı təhlükəsizlik problemləri səbəbindən Fransada 400-dən çox məktəb oktyabrın 5-də əyani dərsləri bərpa etməyəcək. Bu barədə TF1 telekanalı məlumat yayıb.
Minval · 2026-10-04
Yuxarı sinif şagirdlərinin davam edən etirazları və bununla bağlı təhlükəsizlik problemləri səbəbindən Fransada 400-dən çox məktəb oktyabrın 5-də əyani dərsləri bərpa etməyəcək. Bu barədə TF1 telekanalı məlumat yayıb. Bu təhsil müəssisələrinin təxminən 40%-i – 168 məktəb paytaxt İl-de-Frans regionunda yerləşir.
Fransanın təhsil naziri Eduard Jeffre France 2 telekanalının efirində bildirib ki, oktyabrın 2-də 400–500 məktəbdə dərslər dayandırılıb.
Onun sözlərinə görə, bazar ertəsi bu rəqəmin təxminən eyni qalacağı ehtimal edilir: bəzi təhsil müəssisələrinə ciddi maddi ziyan dəyib, digərlərində isə məktəb işçilərinə hücumlar da daxil olmaqla, şagirdlərin və əməkdaşların təhlükəsizliyini təmin etmək qeyri-mümkündür. Jeffre dəqiqləşdirib ki, həftə ərzində baş verən iğtişaşlar zamanı 24 təhsil müəssisəsi yandırılıb və ya talan edilib. "Lakin dərslər qismən və tədricən, xüsusilə buraxılış…