Estoniya Rusiyanı müdafiə şirkətinin binasını yandırmaqda ittiham edib

Estoniya "Milrem Robotics" müdafiə şirkətinin binasının yandırılmasını Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə törədilmiş təxribat aktı kimi tanıyıb. Bu barədə ölkənin Xarici İşlər Naziri Marqus Tsaxkna Estoniya Daxili Təhlükəsizlik Xidmətinin məlumatlarına istinadən bildirib.

Minval · 2026-09-29

"Bu təxribat aktı Rusiyanın bütün Avropa boyu apardığı, bizi qorxutmaq və Ukraynaya dəstəyimizi zəiflətmək məqsədi daşıyan daha geniş kampaniyanın bir hissəsidir. Bizim cavabımız bunun əksi olacaq.

Biz Ukraynaya dəstəyimizi və Rusiyaya təzyiqlərimizi artıracağıq ki, o, öz təcavüzünə son qoysun", - deyə qurumun bəyanatında bildirilir. Sentyabrın 29-da Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili Lenar Salimullin Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb. Kreml Estoniya hakimiyyətinin ittihamlarını "əsassız, düşünülməmiş, reallığı əks etdirməyən və heç bir arqument ehtiva etməyən" adlandırıb. Yanğın…