ABŞ prezidenti Donald Tramp Amerika hakimiyyətinin bu sahədəki işini əlaqələndirəcək Superintellekt Qüvvələrinin (Super Intelligence Force, SIF) yaradıldığını elan edib. "Ağ Evdə dünyanın ən mühüm texnologiya şirkətlərinin bir araya gəldiyi və öz öhdəliklərini təsdiqlədiyi superintellektlə bağlı tarixi razılaşmadan sonra..."
Minval · 2026-10-04
ABŞ prezidenti Donald Tramp Amerika hakimiyyətinin bu sahədəki işini əlaqələndirəcək Superintellekt Qüvvələrinin (Super Intelligence Force, SIF) yaradıldığını elan edib.
"Ağ Evdə dünyanın ən mühüm texnologiya şirkətlərinin bir araya gəldiyi və Amerika xalqı qarşısında öz öhdəliklərini təsdiqlədiyi superintellektlə bağlı tarixi razılaşmadan sonra mən Superintellekt Qüvvələrinin yaradıldığını elan edirəm", - deyə Tramp Truth Social sosial şəbəkəsində yazıb.
Prezidentin sözlərinə görə, yeni struktur həmçinin federal hökumətin istehlakçılar, ictimai qruplar, dini təşkilatlar, kritik infrastruktur təchizatçıları və superintellektlə məşğul olan şirkətlərlə qarşılıqlı əlaqəsini əlaqələndirəcək. SIF-ə Milli Kəşfiyyat direktoru Cey Kleyton, Federal Ticarət Komissiyasının sədri Endryu Ferqyuson, müharibə nazirinin tədqiqat və inkişaf üzrə müavini və baş texnologiya direktoru Emil Maykl, habelə…