Fransa prezidenti Emmanuel Makronun reytinqçisi iyun ayının sonu ilə müqayisədə 7 faiz bəndi azalaraq tarixi minimuma çatıb. Respondentlərin 18%-i onu yaxşı prezident hesab edir.
Minval · 2026-09-29
Fransa prezidenti Emmanuel Makronun reytinqçisi iyun ayının sonu ilə müqayisədə 7 faiz bəndi azalaraq tarixi minimuma çatıb. Respondentlərin 18%-i onu yaxşı prezident hesab edir. Bu barədə BFMTV "Odoxa-Mascaret" şirkətinin "Public Sénat" üçün keçirdiyi sorğuya istinadən xəbər verir.
Ölkə başçısının göstəricilərinin aşağı düşməsi fransızların yanacaq qiymətlərinin artımının qarşısının alınması tədbirləri ilə bağlı narahatlıqları fonunda baş verib. Baş nazir Sebastyen Lekornunun reytinqi də 8 bənd azalıb. Respondentlərin 24%-i onu yaxşı baş nazir hesab edir.
Prezident seçki kampaniyasında iştirak edən siyasətçilər arasında Marin Le Pen və Jordan Bardella hərəyə 35% dəstək və rəğbət saxlayırlar. Bununla belə, onların göstəriciləri müvafiq olaraq 4 və 5 bənd azalıb. Eduard Filip 27% (-3 bənd), Fransua Olland 22% (-1 bənd), Rafael Qlyuksman isə 20% (+1 bənd) alıb. Hadisələrin inkişafını…