Yəmənin ölkədə üçüncü ən böyük şəhəri olan Taiz bir neçə gündür “Ənsar Allah” hərəkatının (husilərin) mühasirəsindədir. Şəhərin əsas təchizat yolları bağlanıb, yerli sakinlər isə pisləşən humanitar vəziyyətlə üzləşirlər.
Minval · 2026-10-17

“Financial Times” nəşrinin Taiz sakinlərinə istinadən verdiyi məlumata görə, şəhər yaxınlığındakı döyüşlər o qədər sürətlə başlayıb ki, əhali təhlükəsiz rayonlara təxliyə olunmağa vaxt tapmayıb. Hazırda şəhərə yalnız cənub istiqamətindən ayrı-ayrı avtomobillər və yük maşınları daxil ola bilir.
“İndi qaçmaq risklidir, çünki cəbhə xəttini keçməli olacağıq. Lakin bu, təhlükəsiz olsaydı, hər an şəhərdə döyüşlərin başlanacağını gözləyərək bu dəhşətli şəraitdə burada qalmaqdansa, getməyə üstünlük verərdim”, - deyə sakinlərdən biri qəzetə bildirib. Blokada həmçinin yanacaq təchizatında fasilələrə səbəb olub. Nəşrin məlumatına görə, yanacağın qiymətinin kəskin artması…