İranın Gürcüstandakı səfiri Seyid Əli Mocani gürcü çariçası Ketevana həsr olunmuş Facebook paylaşımından sonra diplomatik qalmaqalın mərkəzində qalıb. Diplomat çariçanın təsvirini İran səfirliyinin binasının fasadına proyeksiya edərək, bu tarixi şəxsiyyətlə bağlı ilkin tədqiqatlarının nəticələrini təqdim etmək niyyətində olduğunu bildirib.
Minval · 2026-09-29
İranın Gürcüstandakı səfiri Seyid Əli Mocani gürcü çariçası Ketevana həsr olunmuş Facebook paylaşımından sonra diplomatik qalmaqalın mərkəzində qalıb.
Diplomat çariçanın təsvirini İran səfirliyinin binasının fasadına proyeksiya edərək, bu tarixi şəxsiyyətlə bağlı ilkin tədqiqatlarının nəticələrini təqdim etmək niyyətində olduğunu bildirib. Paylaşım Gürcüstan parlamentinin nümayəndələrinin narazılığına səbəb olub.
Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze İran səfirini diplomatik protokola riayət etməyə və tarixi məsələlərlə bağlı bu cür şərhlərdən çəkinməyə çağırıb. Onun sözlərinə görə, əgər Tehran Tbilisi ilə normal münasibətlərin qorunub saxlanılmasında maraqlıdırsa, diplomatlar belə bəyanatlardan qaçmalıdırlar. İqtidardakı "Gürcü arzusu" partiyasından olan deputatlar İrakli Kadaqişvili və Aluda Quduşauri də bildiriblər ki, paylaşım səfirin səlahiyyətləri çərçivəsindən…