Bakıda tunel tikintisi ilə əlaqədar evlərin söküntüsü nəzərdə tutulur

Bakıda Məhəmməd Xiyabanı küçəsində bir hissə yaşayış evlərinin sökülməsi planlaşdırılır. İTV-nin məlumatına görə, ərazidəki binalar artıq işarələnib.

Minval · 2026-09-29

Bakıda Məhəmməd Xiyabanı küçəsində bir hissə yaşayış evlərinin sökülməsi planlaşdırılır. İTV-nin məlumatına görə, ərazidəki binalar artıq işarələnib. Sakinlərin sözlərinə görə, əvvəlcə 18 ev üçün 2700 manat məbləğində kompensasiya təklif olunub.

Daha sonra şərtlər dəyişib — məbləğin hər bir evin dəyərindən asılı olaraq hesablanacağı bildirilib. Sakinlər bu yanaşmanın onları qane etdiyini qeyd ediblər. Bununla belə, söküntünün başlanacağı dəqiq vaxt hələlik məlum deyil.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, layihə çərçivəsində Məhəmməd Xiyabanı küçəsindən Yeni Yasamal istiqamətində olan yol Qaradağ istiqamətindəki yolla birləşdiriləcək. Mövcud hərəkət sxemində əsaslı dəyişikliklərin edilməsi nəzərdə tutulur. Xüsusilə, tunel tipli yolötürücünün tikilməsi, dairəvi hərəkətin təşkili və Qaradağ istiqamətində yan yolun yaradılması planlaşdırılır. Hadisələrin…