Bakıda 16 avtobus marşrutunun sxemi dəyişdiriləcək

Sentyabrın 29-dan etibarən Süleyman Sani Axundov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq Bakıda 16 müntəzəm avtobus marşrutunun hərəkət sxemi dəyişəcək. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Dəyişikliklər 2, 3, 33, 41, 45, 71, 88, 93, 100, 108A, 108B, 123, 147, 179, 202 və 203 nömrəli marşrutlara şamil ediləcək.

Minval · 2026-09-28

Sentyabrın 29-dan etibarən Süleyman Sani Axundov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq Bakıda 16 müntəzəm avtobus marşrutunun hərəkət sxemi dəyişəcək, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Dəyişikliklər 2, 3, 33, 41, 45, 71, 88, 93, 100, 108A, 108B, 123, 147, 179, 202 və 203 nömrəli marşrutlara şamil ediləcək. 41, 45, 71, 100, 108A, 108B, 123, 147, 179 və 203 nömrəli avtobusların hərəkəti İbrahimpaşa Dadaşov və Cəfər Xəndan küçələri, Azadlıq prospekti və Binəqədi şossesi vasitəsilə təşkil olunacaq.

2 nömrəli avtobuslar “Dərnəgül” metrostansiyasından “Avtovağzal” metrostansiyası istiqamətində Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələri, həmçinin Ziya Bünyadov prospekti ilə hərəkət edəcək. Əks istiqamətdə isə onlar Əhməd Rəcəbli və Süleyman Sani Axundov küçələri ilə “Dərnəgül” metrostansiyasına qədər hərəkət edəcəklər. 3 nömrəli…