Putinə tənqidi ilə tanınan rəssamın qətşi işi ilə əlaqədar Gürcüstanın daha bir vətəndaşı saxlanılıb

Rusiyalı rəssam və Kreml tənqidçisi Semion Skrepetskinin (əsl adı Robert Kuzavkov) qətlində əlbirlikdə şübhəli bilinərək Polşada Gürcüstanın daha bir vətəndaşı saxlanılıb. Mahmud A. barəsində üç aylıq ilkin həbs-qətimkan tədbiri seçilib.

Netgazeti · 2026-10-22

O, qətlə yardım etməkdə, eləcə də odlu silah və döyüş sursatının qanunsuz saxlanılmasında ittiham olunur. Saxlanılan şəxs özünü təqsirli bilmir. Rusiyalı müxalifətçi rəssam, 44 yaşlı Semion Skrepetski cari il iyunun 15-də Polşanın Biala-Podlyaska şəhərində öldürülüb. Ona beş dəfə atəş açılıb.

Cinayətdən üç gün sonra ilk şübhəli şəxs — Gürcüstan vətəndaşı Elnur A. saxlanılıb. İstintaq versiyasına görə, Mahmud A. Elnur A. -ya qətnin törədilməsində köməklik etmiş ola bilər. 18 oktyabr 2026-cı ildə 22 yaşlı Mahmud A. Gürcüstandan Polşaya gəlib. Növbəti gün ABW (Daxili Təhlükəsizlik Agentliyi) əməkdaşları onu A2 avtomagistralı yaxınlığındakı avtomobil…