Ermənistan KTMT-dən de-fakto çıxıb, bu barədə təşkilatın baş katibi Taalatbek Masadıkov TASS-a müsahibəsində bildirib. Onun sözlərinə görə, İrəvan müzakirələrdə və qərarların qəbul edilməsində iştirak etmir, lakin təşkilatın digər üzvləri tərəfindənqərarların qəbul olunmasına etiraz etmir.
Minval · 2026-11-01
Ermənistan KTMT-dən de-fakto çıxıb, bu barədə təşkilatın baş katibi Taalatbek Masadıkov TASS-a müsahibəsində bildirib. Onun sözlərinə görə, İrəvan müzakirələrdə və qərarların qəbul edilməsində iştirak etmir, lakin təşkilatın digər üzvləri tərəfindən qərarların qəbul olunmasına etiraz etmir.
Ermənistan tərəfi sənədləri alır və həftəlik məruzələri dinləyir, lakin KTMT-nin əsas tədbirlərində və təlimlərində iştirak etmir. «Prinsipcə, onlar onsuz da de-fakto özləri çıxıblar», — deyə Masadıkov KTMT Nizamnaməsinin 25-ci maddəsinə istinad edərək vurğulayıb.
Hadisələrin inkişafını Telegram kanalımızda izləyin Minval-LIVE Telegram kanalının abunəçilərinə qoşulun — xəbərlər orada hamıdan tez peyda olur!