Ukrayna Prezidenti Volodimir Zelenski dövlət başçısını seçmək hüququnun müstəsna olaraq Ukrayna xalqına məxsus olduğunu bildirib. «Nə (ABŞ Prezidenti Donald) Tramp, nə (amerikalı sahibkar İlon) Mask, nə də dünyada başqa heç kim Ukrayna prezidentini seçə bilməz.
Minval · 2026-11-01

Bunu yalnız ukraynalılar edə bilər», – deyə Zelenski bildirib. O, həmçinin qeyd edib ki, onun getəcəyi təqdirdə başqa bir prezident – kişi və ya qadın – ölkəni müdafiə etməyə davam edəcək. «Çünki bu, bizim evimizdir», – deyə Ukrayna lideri əlavə edib.
Bununla yanaşı, Zelenski öz postunu tərk etmək niyyətində olmadığını vurğulayıb. «Mən istefa vermək fikrində deyiləm. Bu, mənim borcumdur», – deyə o, vurğulayıb. Hadisələrin inkişafını Teleqram kanalımızda izləyin Minval-LIVE Teleqram kanalının abunəçilərinə qoşulun – xəbərlər orada hamıdan tez peyda olur!