Kiyev Rusiya neft emalı zavodlarına və energetika obyektlərinə zərbələr endirməyə davam etməklə ABŞ-ın sülh səyləri ilə ziddiyyətə girir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Zelenskinin Rusiya neft emalı zavodlarına "zərbələr endirilməsinə qoyulan qadağanın aradan qaldırılması" ilə bağlı sözlərini şərh edərkən bildirib.
Minval · 2026-10-15
Kiyev Rusiya neft emalı zavodlarına və energetika obyektlərinə zərbələr endirməyə davam etməklə ABŞ-ın sülh səyləri ilə ziddiyyətə girir.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Zelenskinin Rusiya neft emalı zavodlarına "zərbələr endirilməsinə qoyulan qadağanın aradan qaldırılması" ilə bağlı sözlərini şərh edərkən bildirib. "Mən sizə baş nazirin müavini Aleksandr Novakın dünənki bəyanatını xatırlatmaq istərdim.
O bildirmişdi ki, mahiyyət etibarilə Ukrayna tərəfindən heç bir moratoriya olmayıb. Bizim neft emalı zavodlarımız və energetika sektorunun obyektləri üzrə zərbələr bu günlərdə də davam edirdi. Ona görə də burada heç bir yenilik yoxdur", – deyə Peskov qeyd edib. Onun sözlərinə görə, Kiyev Rusiyanın energetika obyektlərinə zərbələr endirməyə davam edir və "bununla da, əlbəttə ki, Birləşmiş Ştatların və amerikalı danışıqlar aparan şəxslərin sülh səyləri…