Noyabrın birinci yarısına Əbu-Dabidə planlaşdırılan Rusiya-Ukrayna münaqişəsinin nizamlanması və gələcək təhlükəsizlik arxitekturası üzrə danışıqlar Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə üçtərəfli formatda baş tutacaq. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
Minval · 2026-11-01

Avropa İttifaqı nümayəndələrinin danışıqlara qoşulmasının mümkünlüyü ilə bağlı suala cavab verən Peskov qeyd edib ki, prinsipcə belə bir ssenari istisna edilə bilməz, lakin BƏƏ-də qarşıdakı görüş üç tərəfin formatında keçiriləcək. «Apriori heç nəyi istisna etmək olmaz.
Lakin bəhs etdiyimiz və noyabrın birinci yarısında Əbu-Dabidə planlaşdırılan bu danışıqlar üçtərəfli formatda olacaq», — deyə Kreml nümayəndəsi bildirib. Ehtimal olunan məsləhətləşmə mövzuları arasında sülh sazişi bağlandıqdan sonra Rusiya və Ukraynanın qarşılıqlı təhlükəsizliyinin təmin edilməsi mexanizmləri də var. Həmçinin müzakirə…