Rusiyada Ukraynada döyüşmüş general həbs edilib

Rusiya Silahlı Qüvvələrinin döyüş hazırlığı Baş İdarəsinin tədris-maddi baza idarəsinin rəisi, general-mayor Sergey Nikituşkin həbs olunub. Dünən axşam 51 yaşlı zabit istintaq təcridxanasına göndərilib, onun hansı maddə ilə ittiham olunduğu hələlik məlum deyil.

Minval · 2026-10-01

Nikituşkin Rusiya-Ukrayna müharibəsinin iştirakçısıdır, o, 2024-cü il dekabrın 9-da general-mayor rütbəsi alıb. Nikituşkinin məsuliyyət zonasızlığına ordunun poliqonlarının təminatı daxil idi. Ehtimal ki, o, ölkə üzrə tank bölmələri üçün tədris meydançalarının planlaşdırılan modernləşdirilməsi məsələlərinə nəzarət edib.

Hadisələrin inkişafını Telegram kanalımızda izləyin Minval-LIVE Telegram kanalının abunəçilərinə qoşulun — xəbərlər orada hamıdan tez peyda olur!