Fransada etirazlar: məktəblilər və yanğınsöndürənlər küçələrə çıxıblar

Fransada kütləvi etirazlar keçirilir – yuxarı sinif şagirdlərinin aksiyaları 200-dən çox məktəbi əhatə edib, bir neçə min yanğınsöndürən isə maaşların qaldırılmasını və xidmətin maliyyələşdirilməsinin artırılmasını tələb etmək üçün Parisin küçələrinə çıxıb. BFMTV telekanalının məlumatına görə, bəzi təhsil müəssisələrində məktəblilərin etirazları işi qismən iflic edib,…

Minval · 2026-09-30

Fransada kütləvi etirazlar keçirilir – yuxarı sinif şagirdlərinin aksiyaları 200-dən çox məktəbi əhatə edib, bir neçə min yanğınsöndürən isə maaşların qaldırılmasını və xidmətin maliyyələşdirilməsinin artırılmasını tələb etmək üçün Parisin küçələrinə çıxıb.

BFMTV telekanalının məlumatına görə, bəzi təhsil müəssisələrində məktəblilərin etirazları işi qismən iflic edib, 40 məktəbdə isə dərslər tamamilə dayandırılıb. Aksiyalar əsasən paytaxt İld-Frans regionunda, həmçinin Qrenobl, Lill, Nitsa və Lion şəhərlərində keçirilir.

İld-Fransda yuxarı sinif şagirdləri artıq bir həftədir ki, həddən artıq yüklənmiş cədvələ, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə qarşı çıxaraq təhsil müəssisələrinin qarşısında aksiyalar keçirirlər. Bəzi hallarda etirazlar iğtişaşlara çevrilir, yanğınlar və polislə toqquşmalarla müşayiət olunur. Eyni vaxtda Parisdə bir neçə min yanğınsöndürən…