Bakının rayonlarından biri işıqsız qalacaq

Bakının Yasamal rayonunda çərşənbə axşamı elektrik enerjisinin verilişində fasilələr yaranacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Minval · 2026-09-29

Bakının Yasamal rayonunda çərşənbə axşamı elektrik enerjisinin verilişində fasilələr yaranacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Məlumata görə, məhdudiyyətlər elektrik şəbəkəsi infrastruktur obyektlərində planlı təmir işləri aparıldığı müddətdə tətbiq olunacaq.

Belə ki, saat 10:00-dan 13:00-dək Azərbaycan prospekti, Əlövsət Quliyev, İslam Səfərli, Həzi Aslanov, Lev Tolstoy, Mirzə İbrahimov, Süleyman Tağızadə, Təbriz Xəlilbəyli küçələrinin, həmçinin 1-ci Alatava yaşayış massivinin bir hissəsinin abonentlərinin elektrik təchizatında fasilələr yaranacaq.

“Planlı işlər başa çatdıqdan sonra göstərilən ərazilərdəki abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar”, – deyə “Azərişıq”dan əlavə edilib. Hadisələrin inkişafını Telegram kanalımızda izləyin Minval-LIVE Telegram kanalının abunəçilərinə qoşulun – xəbərlər orada hamıdan tez üzə çıxır!