Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ABŞ tərəfindən Rusiya lideri Vladimir Putinə dəstək verilməsi “tarixi səhv” olar və o, Amerika prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyaları zəiflətmək qərarını tənqid edib. “Əgər ABŞ Putini dəstəkləsə – bu, mən nəzərdə tuturam, inanılmazdır.
Minval · 2026-10-18

Bu, faciədir, tarixi səhv və böyük faciədir”, – deyə Zelenski “NBC News”a müsahibəsində bildirib. Ukrayna liderinin sözlərinə görə, məhdudiyyətlərin qaldırılması Moskvanın Ukraynaya qarşı müharibəni davam etdirmək imkanlarını gücləndirir.
Bununla yanaşı, o qeyd edib ki, son bir il ərzində Rusiya ordusu döyüş meydanında uğur qazana bilməyib. Hadisələrin inkişafını Telegram kanalımızda izləyin Minval-LIVE Telegram kanalının abunəçilərinə qoşulun – xəbərlər orada hamıdan tez üzə çıxır!