“Onun ifadəsi hədsiz rüsvayçılıqdır” — Qomelauri məhkəmədə Giorgi Qaxariyanın işi ilə bağlı nə danışdı

“Batumelebi/Netgazeti”-nin təsisçisi və direktoru Mzia Amaqlobeli həbs edilib. Mzia Amaqlobelinin 2001-ci ildə təsis etdiyi müstəqil və təsirlərdən azad media orqanı olan “Batumelebi/Netgazeti” hesab edir ki, o, Rusiya rejiminin vicdan məhbusudur, barışmaq niyyətində deyil, onun dərhal azad edilməsini tələb edir və söz azadlığı uğrunda mübarizəni davam etdirir.

Netgazeti · 2026-09-30

“Batumelebi/Netgazeti”-nin təsisçisi və direktoru Mzia Amaqlobeli həbs edilib.

Mzia Amaqlobelinin 2001-ci ildə təsis etdiyi müstəqil və təsirlərdən azad media orqanı olan “Batumelebi/Netgazeti” hesab edir ki, o, Rusiya rejiminin vicdan məhbusudur, barışmaq niyyətində deyil, onun dərhal azad edilməsini tələb edir və söz azadlığı uğrunda mübarizəni davam etdirir.

Giorgi Qaxariyanın təqsirləndirilən şəxs qismində cəlb olunduğu və təkbaşına qərarla Çorçana postunun qurulmasında ittiham olunduğu “Çorçana postu” işi üzrə prokurorluğun şahid qismində çağırdığı keçmiş və hazırkı vəzifəli şəxslərin dindirilməsi davam edir. Bu gün, sentyabrın 30-da Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçmiş rəisi Vaxtanq Qomelauri dindirilib. O, media üçün şərh verməyib, lakin qeyd edib ki, “danışacaq çox da bir şey yoxdur” və o, Çorçana postu haqqında “haradan bilməli idi”. İclasın qapalı keçirilməsi…