Azərbaycan son vaxtlar miqyasına və əlaqələndirilməsinə görə misli görünməmiş, dini-ideoloji təxribatları, informasiya əməliyyatlarını və kiberhücumları ehtiva edən hibrid hücumlрга məruz qalır. Bu barədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı mübarizə üzrə Müvəqqəti komissiyasının bəyanatında deyilir.
Minval · 2026-11-01
Azərbaycan son vaxtlar miqyasına və əlaqələndirilməsinə görə misli görünməmiş, dini-ideoloji təxribatları, informasiya əməliyyatlarını və kiberhücumları ehtiva edən hibrid hücumlara məruz qalır.
Bu barədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı mübarizə üzrə Müvəqqəti komissiyasının bəyanatında deyilir.
Sənəddə qeyd olunur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın orta gücə çevrilməsi, ölkənin qətiyyətli xarici siyasəti, beynəlxalq nüfuzunun hər il güclənməsi, beynəlxalq energetika təhlükəsizliyinə töhfəsi, regional tranzit dəhlizlərində strateji əhəmiyyəti, habelə daxili siyasi və iqtisadi sabitlik xarici oyunçular tərəfindən hibrid hücumların miqyasının əhəmiyyətli dərəcədə artmasına səbəb olub. "Regionumuzda davam edən müharibələr və gərginliklər fonunda sabitlik adası kimi səciyyələndirilən Azərbaycan Respublikası son vaxtlar əvvəllər görünməmiş…