"The Wall Street Journal" nəşrinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp İlon Maskdan Ukraynada "Starlink"-in istifadəsinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasını xahiş edib. Məhdudiyyətlər Ukraynanın hərbi bölmələrinin bir hissəsinə əməliyyatların həyata keçirilməsində maneələr törədirdi.
Forbes Georgia · 2026-10-23

Nəşr bu barədə ABŞ-ın rəsmi şəxslərinə istinadən yazır. Məlumata görө, Tramp Maskın ünvanına bu xahişlə telefon danışığı zamanı müraciət edib. Nəşr yazır ki, cümə axşamı üçün Ukraynada hərbi təyinatlı "Starlink" sistemləri adi rejimə daha yaxın işləyirdi, lakin onların fəaliyyəti hələ də tam bərpa olunmamışdı.
Ukraynada "Starlink"-in işinin məhdudlaşdırılması qərarının müəllifinin kim olması son bir həftə ərzində müzakirə mövzusudur. "The Wall Street Journal" bundan əvvəl yazmışdı ki, qərarı şəxsən Mask özü qəbul edib və bu barədə Trampla əvvəlcədən danışıb. "Reuters" isə ötən həftə…