BAKI, Azərbaycan, 1 oktyabr. Dünya Bankı Qrupu 2027-ci ilin iyulunadək Orta Dəhlizin inkişafı üçün 1,2 milyard dollar həcmində sərmayə ayırmağı planlaşdırır. Bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays çərşənbə axşamı Dünya Bankı Qrupunun “Orta Dəhliz: Növbəti mərhələ” adlı onlayn tədbirində bildirib, Trend xəbər verir.
Trend News Agency · 2026-10-01
BAKI, Azərbaycan, 1 oktyabr. Dünya Bankı Qrupu 2027-ci ilin iyulunadək Orta Dəhlizin inkişafı üçün 1,2 milyard dollar həcmində sərmayə ayırmağı planlaşdırır.
Bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays çərşənbə axşamı Dünya Bankı Qrupunun “Orta Dəhliz: Növbəti mərhələ” adlı onlayn tədbirində bildirib, Trend xəbər verir.
Praysın sözlərinə görə, Dünya Bankı Qrupunun hazırda Orta Dəhliz boyunca həyata keçirilən layihələr üçün 6,9 milyard dollar məbləğində öhdəlikləri mövcuddur. "Bu sərmayələr digər beynəlxalq maliyyə institutlarından və özəl kapitaldan 9,35 milyard dollar, eləcə də hökumətin qarşılıqlı maliyyələşməsindən 2,2 milyard dollar məbləğində əlavə birgə maliyyələşmənin cəlb edilməsinə kömək edir", - o qeyd edib. Prays vurğulayıb ki, Dünya Bankı Qrupunun dəstəyi regional əlaqələrin regiondakı bizneslər, işçilər və yerli icmalar üçün imkanlar…