Paşinyan Ermənistanda yeni atom elektrik stansiyasının tikintisi barədə. Ermənistanın baş naziri Nikol Paşinyan yeni AES-in texnologiyası və layihəsi ilə bağlı hökumətin mövqeyində dəyişiklik olduğunu elan edib. “Mən əvvəllər onlarla dəfə demişəm ki, bizə modul tipli atom elektrik stansiyasından daha güclü heç nə lazım deyil…
JAMnews · 2026-10-02
Paşinyan Ermənistanda yeni atom elektrik stansiyasının tikintisi barədə Ermənistanın baş nazir Nikol Paşinyan yeni atom elektrik stansiyasının texnologiyası və layihəsi ilə bağlı hökumətin mövqeyində dəyişiklik olduğunu elan edib.
“Mən əvvəllər onlarla dəfə demişəm ki, bizə modul tipli atom elektrik stansiyasından daha güclü [gücə malik] heç nə lazım deyil. Bu, bizim mövqeyimiz idi. Lakin indi biz başa düşməliyik ki, modul stansiya ehtiyaclarımızı ödəmək üçün çox güman ki, kifayət etməyəcək”, – deyə Paşinyan bildirib.
O izah edib ki, hökumət süni intellekt fabriklərinin tikintisi ilə əlaqədar mövqeyini dəyişib. Ermənistan indi onların enerji tələbatını ödəmək üçün elektrik enerjisi idxal etməlidir. Yeni atom elektrik stansiyası üçün hansı texnologiyanın daha uyğun olacağı ilə bağlı müzakirələr davam edir. Ermənistan hökuməti bu məsələ ilə bağlı 2027-ci ilin sonuna qədər qərar qəbul…