Viktor Orbanın sabiq nazirlərinə ağır zərbə

Macarıstanda Viktor Orban hökumətinin iki sabiq naziri korrupsiya şübhəsi ilə gündəmdədir. Bu hadisə ölkədəki siyasi mühitdə narahatlıq yaradıb.

Oxu.az · 2026-09-28

Yeniliklərdən dərhal xəbərdar olun Macarıstanda Viktor Orban hökumətinin iki sabiq naziri korrupsiya şübhəsi ilə gündəmdədir. Oxu. Az xəbər verir ki, sabiq mədəniyyət və innovasiyalar naziri Balaz Hanko və sabiq milli inkişaf naziri Mikloş Şeştak barəsində korrupsiya ilə bağlı araşdırma aparılır.

Macarıstan parlamenti sentyabrın 28-də onların deputat toxunulmazlığını ləğv edib. Bu qərardan sonra Şeştak Mərkəzi İstintaq Baş Prokurorluğunda ifadə vermək üçün oraya gedib və daha sonra saxlanılıb. O, özünün təqsirsiz olduğunu bildirib. Hankonun da toxunulmazlığı ləğv edilib.

Macarıstanın Baş naziri Peter Madyar sosial şəbəkədə bu hadisəni "Təmizləmə" əməliyyatının ilk ciddi nəticəsi kimi təqdim edib. Araşdırmalardan biri Hankonun rəhbərlik etdiyi dövrdə Milli Mədəniyyət Fondunun vəsaitlərinin istifadəsi ilə bağlıdır. Macarıstan prokurorluğunun məlumatına görə, araşdırma çərçivəsində fondun…