BAKI, Azərbaycan, 29 sentyabr. Özbəkistanın “IT Park Ventures” və Türkiyənin “Bilişim Vadisi” qurumları startap və sərmayə ekosistemləri arasındakı əlaqələri gücləndirmək, eləcə də yeni bazarlara daxil olmağa çalışan texnologiya şirkətlərinə dəstək olmaq məqsədilə sentyabrın 23-də Daşkənddə əməkdaşlıq memorandumu imzalayıblar.
Trend News Agency · 2026-09-29
BAKI, Azərbaycan, 29 sentyabr.
Özbəkistanın “IT Park Ventures” və Türkiyənin “Bilişim Vadisi” qurumları startap və sərmayə ekosistemləri arasındakı əlaqələri gücləndirmək, eləcə də yeni bazarlara daxil olmağa çalışan texnologiya şirkətlərinə dəstək olmaq məqsədilə sentyabrın 23-də Daşkənddə əməkdaşlıq memorandumu imzalayıblar.
Bu, “ICT WEEK Uzbekistan 2026” çərçivəsində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Texnologiya Forumundan sonra “IT Park Uzbekistan” tərəfindən yayılmış bəyanatda əksini tapıb. Forum vençur sərmayələrinin təşviqi, startapların dəstəklənməsi və beynəlxalq tərəfdaşlığın inkişaf etdirilməsi üçün TDT-yə üzv dövlətlərin texnologiya mərkəzlərini, innovasiya agentliklərini və texnoparklarını bir araya gətirib. Tərəfdaşlıq perspektivli startaplar və sərmayə imkanları haqqında məlumat mübadiləsinə, potensial sövdələşmələrin birgə qiymətləndirilməsinə, investorların…