Türkiyədə toyda qeyri-adi hədiyyələr təqdim edilib

Ankarada evlənən cütlüyə dostları qızıl əvəzinə ekzotik heyvanlar hədiyyə ediblər. Bu hadisə toyda maraqlı anlar yaşanmasına səbəb olub.

Oxu.az · 2026-09-29

Yeniliklərdən dərhal xəbərdar olun Ankarada evlənən cütlüyə dostları toyda qızıl əvəzinə ekzotik heyvanlar hədiyyə ediblər. Oxu.

Az Türkiyə mediasına istinadən xəbər verir ki, dostları uşaqlıqdan ekzotik heyvanlara böyük maraq göstərən və bunu hobbi halına gətirən Buğra Yalçına çubuq böcəyi, yaşıl iquana, uromastiks və Peter zolaqlı dərikərtənkələsi kimi heyvanlar bağışlayıblar. Yalçın hədiyyələrdən çox sevindiyini bildirib.

O, bağışlanan heyvanların Təbiəti Mühafizə və Milli Parklar Baş İdarəsi tərəfindən sənədlə qeydiyyata alındığını vurğulayıb. Evində müxtəlif növ ekzotik heyvanlar saxladığını deyən Yalçın uromastiks, Peter zolaqlı dərikərtənkələsi, Sudan zirehli kərtənkələsi, Seneqal buqələmunu, "fire skink", Afrika kökquyruqlu gekkonu və iquananın da onların arasında olduğunu söyləyib. O, ekzotik heyvanlara qulluq etməyin asan olmadığını bildirib: "Onlara bacardığımız qədər yaxşı…