Türkiyədə tibbi xəta: Pasiyentin sol qulağı əməliyyat edilib

Türkiyənin Gebze şəhərində pasiyentin sağ qulağı əvəzinə sol qulağına boru yerləşdirilib. Bu yanlışlığa görə, o, eyni gün ikinci dəfə əməliyyat olunub.

Oxu.az · 2026-09-29

Yeniliklərdən dərhal xəbərdar olun Türkiyənin Gebze şəhər sakini Murat Tarakçı Tuzla ərazisində yerləşən özəl xəstəxanalardan birində tibbi xəta ilə üzləşdiyini açıqlayıb. Belə ki, planlaşdırılan əməliyyat zamanı pasiyentin sağ qulağı əvəzinə sol qulağına boru yerləşdirilib.

Bu yanlışlığa görə o, elə həmin gün ümumi anesteziya altında ikinci dəfə əməliyyat olunub. Oxu. Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb. Bildirilir ki, tibb işçiləri buraxdıqları səhvi gizlətməyə çalışmayıblar.

Pasiyent əməliyyatdan sonra şiddətli ağrıdan şikayət edən kimi həkimlər onu yenidən əməliyyat ediblər. "Müayinələrin nəticələri açıq şəkildə sağ qulaqda müdaxilənin zəruriliyini göstərsə də, məni sol qulağımdan əməliyyat etdilər", - deyə tibbi xəta ilə üzləşən pasiyent vurğulayıb. Tarakçı bir gün ərzində iki dəfə əməliyyat olunmasının onun üçün ağır və travmatik olduğunu bildirib. O,…