Türkiyədə helikopter faciəsi ilə bağlı 36 nəfər həbs edildi

Türkiyədəki helikopter qəzası ilə bağlı 38 şübhəlidən 36-sı həbs edilib. İki nəfər isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

Oxu.az · 2026-09-28

Yeniliklərdən dərhal xəbərdar olun Türkiyədə Böyük Birlik Partiyasının (BBP) mərhum sədri Muhsin Yazıcıoğlu və onunla birlikdə olan şəxslərin həlak olduğu helikopter qəzası ilə bağlı istintaq çərçivəsində saxlanılan 38 şübhəlidən 36-sı həbs edilib, iki nəfər isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Oxu.

Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğunun məlumatına görə, FETÖ fəaliyyəti çərçivəsində qəsdən adam öldürmədə iştirak etdikləri və hadisənin araşdırılmasına mane olduqları iddia edilən 47 şübhəli barədə saxlanılma qərarı verilib.

Ankara mərkəzli olmaqla 16 vilayətdə 45 ünvanda əməliyyat keçirilib. Şübhəlilərdən 38-i saxlanılıb və məhkəməyə göndərilib. Məhkəmə şübhəlilərdən 36-sının həbsinə qərar verib. İstintaqın davam etdiyi bildirilib. Xatırladaq ki, 2009-cu ilin martında göyərtəsində Muhsin Yazıcıoğlunun da olduğu helikopter Kahramanmaraş…