ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin ölkənin gələcəyinin müzakirəsinə ÇXR sədrini cəlb etsələr, Çin Ukraynanın taleyinin həllində əsas rol oynaya bilər, deyə "The Telegraph" yazır. Nəşr qeyd edir ki, üç liderin mümkün görüşü artıq böyük dövlətlərin Avropanın müharibədən sonrakı quruluşunu müzakirə etdikləri Yalta konfransı ilə müqayisə olunur...
Minval · 2026-10-23
ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin ölkənin gələcəyinin müzakirəsinə ÇXR sədrini cəlb etsələr, Çin Ukraynanın taleyinin həllində əsas rol oynaya bilər, deyə "The Telegraph" yazır.
Nəşr qeyd edir ki, üç liderin mümkün görüşü artıq böyük dövlətlərin Avropanın müharibədən sonrakı quruluşunu müzakirə etdikləri Yalta konfransı ilə müqayisə olunur.
Lakin Vaşinqton, Moskva və Pekin arasında yeni saziş perspektivi Kiyevdə və Avropa ölkələrində narahatlıq doğurur, çünki onlar Ukraynanın taleyinin onların iştirakı olmadan həll olunmasını istəmirlər. "The Telegraph" qeyd edir ki, belə danışıqlarda iştirak etmək Si Szinpinə Çinin beynəlxalq nüfuzunu gücləndirməyə və Pekini dünya münaqişələrinə təsir göstərməyə qadir olan əsas qüvvələrdən biri kimi təqdim etməyə imkan verərdi. Bununla belə, Çinin rolu suallar doğurur. Neytrallıq bəyanatlarına baxmayaraq, Pekin Moskvanı…