Tesla uçan avtomobili təqdim etdi

Amerikanın "Tesla" şirkəti nümayiş zamanı maneənin üzərindən uçaraq öz ətrafında fırlanan, həmçinin əyri rampaya qalxıb ondan "tullanan" elektrik idman avtomobili Roadster-i təqdim edib. Avtomobilin təqdimatı Texas ştatındakı SpaceX sınaq poliqonunda keçirilib.

Minval · 2026-10-16

Roadster-ə sıxılmış qaz buraxan və maşının havadakı vəziyyətini idarə etməyə imkan verən ucluq sistemi əlavə edilib. Təqdimat zamanı tamaşaçılara avtomobilin sınaqlarının əks olunduğu video göstərilib. Maşın havaya qalxaraq öz oxu ətrafında fırlanıb.

Həmçinin Roadster 0,81 saniyəyə saatda 60 mil (təqribən 97 kilometr/saat) sürət yığmağı bacarıb. Seriyalı istehsalın 2028-ci ilə planlaşdırıldığı bildirilir. Hadisələrin inkişafını Telegram kanalımızda izləyin Minval-LIVE Telegram kanalının abunəçilərinə qoşulun — xəbərlər orada daha sürətli peyda olur!