Starship ilk dəfə orbitə çıxıb və okeana uğurla eniş edib

SpaceX şirkətinə məxsus Starship kosmik gəmisi Şimali Sakit okeanın müəyyən edilmiş rayonunda yumşaq eniş edərək ilk sınaq orbital uçuşunu uğurla başa vurub. Bu barədə "İnterfaks" məlumat yayıb.

Minval · 2026-09-28

SpaceX şirkətinə məxsus Starship kosmik gəmisi Şimali Sakit okeanın müəyyən edilmiş rayonunda yumşaq eniş edərək ilk sınaq orbital uçuşunu uğurla başa vurub. Bu barədə "İnterfaks" məlumat yayıb.

Uçuş gəminin altı mühərrikindən birinin hesablama trayektoriyasına çıxarkən sıradan çıxması səbəbindən planlaşdırılan on saat və Yer ətrafında altı dövrədən üç saata endirilməli olub. Buna baxmayaraq, Starship orbitə 26 ədəd Starlink internet peyki çıxarmağa nail olub.

Super Heavy daşıyıcı raketinin köməyi ilə gəminin buraxılışı yerli vaxtla saat 07:15-də (Bakı vaxtı ilə 16:15) Texasın cənub-şərqindəki Boka-Çikada yerləşən SpaceX Starbase start meydançasından həyata keçirilib. Buraxılış zamanı Super Heavy-nin də 33 mühərrikindən ikisi sıradan çıxıb, lakin SpaceX-in verdiyi məlumata görə, bu, Starship-in təyin olunmuş trayektoriyaya çıxmasına mane olmayıb. Startdan təxminən doqquz dəqiqə sonra…