Somalinin Baydoa şəhərində aviasiya və ağır silahların istifadəsi ilə şiddətli döyüşlər baş verib. Hücumda üç minədək silahlı iştirak edib.
Oxu.az · 2026-09-28
Yeniliklərdən dərhal xəbərdar olun Somalinin cənub-qərbində yerləşən Baydoa şəhərində aviasiya, ağır silahlar və pilotsuz uçuş aparatlarının tətbiq olunduğu şiddətli toqquşmalar baş verib. Oxu.
Az AFP-yə istinadən xəbər verir ki, döyüşlər hökumət qüvvələri ilə Cənub-Qərb ştatının keçmiş rəhbəri Abdiaziz Həsən Məhəmməd Laftaqarinin tərəfdarları arasında baş verib. Məlumata görə, sentyabrın 28-də səhər saatlarında Laftaqarinin 2-3 min nəfərdən ibarət qüvvələri şəhərə bir neçə istiqamətdən hücum edib.
Somali ordusunun nümayəndəsi Məhəmməd Əli bildirib ki, hücum edənlər minalanmış avtomobillərdən və partlayıcılarla təchiz edilmiş dronlardan istifadə ediblər. Onun sözlərinə görə, hökumət qüvvələri hücumu dəf edərək qarşı tərəfi şəhərdən çıxarıb. Yerli sakinlər isə Baydoanın kənar ərazilərinə aviazərbələrin endirildiyini bildiriblər. AFP-nin məlumatına görə, günün ortalarına doğru şəhərdə…