SOCAR və "ExxonMobil" Azərbaycanın Orta Kür hövzəsində neft və qaz kəşfiyyatı ilə bağlı saziş imzalayıblar

Azərbaycanda neft-qaz investisiyaları: Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda SOCAR və "ExxonMobil" Orta Kür hövzəsində qeyri-ənənəvi karbohidrogen ehtiyatlarının kəşfiyyatı və işlənməsi üzrə məhsul bölgüsü sazişi imzalayıblar. Abşeron qaz yatağının tammiqyaslı işlənməsi ilə bağlı yekun investisiya qərarı da qəbul edilib.

JAMnews · 2026-09-28

Azərbaycanda neft-qaz investisiyaları Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda SOCAR və "ExxonMobil" Orta Kür hövzəsində qeyri-ənənəvi karbohidrogen ehtiyatlarının kəşfiyyatı və işlənməsi üzrə məhsul bölgüsü sazişi imzalayıblar.

Eyni zamanda, Abşeron qaz yatağının tammiqyaslı işlənməsi ilə bağlı yekun investisiya qərarı qəbul edilib. Sentyabrın 26-da qarşıdakı onillik üçün investisiya prioritetlərindən danışan İlham Əliyev neft-qaz sektorunun aparıcı rolunu qoruyub saxlayacağını bildirib.

Saziş Orta Kür hövzəsində qeyri-ənənəvi karbohidrogen ehtiyatlarının kəşfiyyatını, işlənməsini və hasilatını nəzərdə tutur. SOCAR-ın məlumatına görə, şirkətlər törəmə müəssisələri vasitəsilə layihədə hərəyə 50% paya sahib olacaqlar və "ExxonMobil" operator qismində çıxış edəcək. Layihə Xəzər dənizində mövcud dəniz yatağının işlənməsini deyil, quru hövzəsinin neft-qaz…