Ermənistanın Azərbaycanın Gəncə şəhərinə endirdiyi beşinci qanlı raket zərbəsindən altı il ötür

BAKI, Azərbaycan, 17 oktyabr. "Trend" xəbər verir ki, bu gün Ermənistanın Azərbaycanın Gəncə şəhərinə 2020-ci il oktyabrın 17-dən 18-nə keçən gecə endirdiyi beşinci qanlı raket zərbəsindən altı il ötür.

Trend News Agency · 2026-10-16

BAKI, Azərbaycan, 17 oktyabr. "Trend" xəbər verir ki, bu gün Ermənistanın Azərbaycanın Gəncə şəhərinə 2020-ci il oktyabrın 17-dən 18-nə keçən gecə endirdiyi beşinci qanlı raket zərbəsindən altı il ötür.

Düşmənin raket hücumu şəhərin mərkəzini hədəfə alması nəticəsində 16 dinc sakin həyatını itirib, daha 55 nəfər yaralanıb.

Mülki əhaliyə qarşı terror siyasəti həyata keçirən Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyasını, BMT-nin qətnamə və müddəalarını, Haaqa Konvensiyasını, YUNESKO-nu, həmçinin digər beynəlxalq və regional təşkilatların aktlarını, xüsusilə də bu ölkənin üzərinə götürdüyü öhdəlikləri kobud və qəsdən pozub. Münaqişə dövründə Gəncə ümumilikdə beş raket və ağır artilleriya atəşinə məruz qalıb ki, nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, mülki infrastruktura və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün…