Sea Breeze kurort şəhərçiyinin inkişafının əsas mərhələsi növbəti 7–8 il üçün nəzərdə tutulub. Bu barədə təsisçi Emin Ağalarov investorlar qarşısında çıxışı zamanı bildirib.
Minval · 2026-09-29
Sea Breeze kurort şəhərçiyinin inkişafının əsas mərhələsi növbəti 7–8 il üçün nəzərdə tutulub. Bu barədə təsisçi Emin Ağalarov investorlar qarşısında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu gün Sea Breeze-də nəzərdə tutulanların yalnız 10–15%-i həyata keçirilib.
Hazırda layihə diqqətəlayiq perspektivli investisiya obyektləri onluğuna daxildir. «Əgər əvvəlcə Sea Breeze-də biz kvadratmetrlər satırdımsa, indi bu konsepsiya dəyişib. Kvadratmetrlər əvəzinə biz həyat tərzi satırıq. Bu formula və model başqa regionlarda da fərqli miqyasda tətbiq oluna bilər.
Sea Breeze avtomobillərin əvəzinə qolf-karların sürüldüyü və yaşıl enerjinin tətbiq olunduğu təhlükəsiz, yeni, dinamik və müasir şəhərə çevrilə bilər. Dünyada sıfırdan tikilmiş yeni şəhərlər çox azdır. Azərbaycan brəndləşdirilmiş rezidensiyalara hazırdır və bu gün biz hesab edirik ki, istənilən brənd bizim layihəmizə inteqrasiya…