RBC: Rusiya bir sıra Gürcüstan istehsalçılarının içkilərinin satışını və idxalını dayandıb

Rusiyanın istehlakçıların hüquqlarının müdafiəsi və insan rifahı sahəsinə nəzarət qurumu olan "Rospotrebnadzor"un sənədinə və “alkoqol bazarı” və pərakəndə satış mənbələrinə istinadən Rusiya KİV-i "RBC" xəbər verir ki, Rusiya “Nabeghlavi” və “Coca-Cola” da daxil olmaqla, bir sıra əsas Gürcüstan istehsalçılarının alkoqollu və alkoqolsuz içkilərinin idxalını və satışını dayandırıb.

Civil Georgia · 2026-10-16

Rusiya “Nabeghlavi” və “Coca-Cola” da daxil olmaqla, bir sıra əsas Gürcüstan istehsalçılarının alkoqollu və alkoqolsuz içkilərinin idxalını və satışını dayandırıb.

Bu barədə Rusiya KİV-i “RBC” Rusiyanın istehlakçıların hüquqlarının müdafiəsi və insan rifahı sahəsinə nəzarət qurumu olan “Rospotrebnadzor”un sənədinə, həmçinin “alkoqol bazarı” və pərakəndə satış sahəsindən olan mənbələrə istinadən məlumat yayıb.

"Müvəqqəti sanitariya tədbirləri"nə məruz qalan istehsalçılar arasında “Healthy Water” tərəfindən istehsal olunan “Nabeghlavi” mineral suyu, Gürcüstanda istehsal olunan “Coca-Cola”, “Georgian Beer Company”nin istehsal etdiyi pivə, “Teliani Valley”, “Tbilvino” və “Wineman” tərəfindən istehsal olunan şərablar, həmçinin “Askaneli Brothers”in istehsal etdiyi şərab və konyak var. Xəbərdə dayandırılma müddəti göstərilmir. Nəşrin məlumatına görə, “Rospotrebnadzor”un sənədinə əsasən,…