Katolikos II Qareqinin böhranın həlli üçün vəzifədən uzaqlaşdırılması: Ermənistanda xüsusi məruzə müzakirə olunur

Erməni Kilsəsindəki böhranla bağlı hesabat: “İbadət və düzgün davranış əhdlərinin pozulması, Müqəddəs Məzbəhin siyasiləşdirilməsi, xarici [Rusiya] təsirinin yayılması və ruhanilərin təqib edilməsi.” Bunlar İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzi tərəfindən Erməni Apostol Kilsəsində böhranın sübutu kimi göstərilən arqumentlər arasındadır. Mərkəz bu hesabatı Ermənistanın baş naziri Nikol Paşinyanın sifarişi ilə hazırlayıb və dərc edib.

JAMnews · 2026-09-29

Erməni Kilsəsindəki böhranla bağlı hesabat “İbadət və düzgün davranış əhdlərinin pozulması, Müqəddəs Məzbəhin siyasiləşdirilməsi, xarici [Rusiya] təsirinin yayılması və ruhanilərin təqib edilməsi.

” Bunlar İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzi tərəfindən Erməni Apostol Kilsəsində böhranın sübutu kimi göstərilən arqumentlər arasındadır. Mərkəz bu hesabatı Ermənistanın baş naziri Nikol Paşinyanın sifarişi ilə hazırlayıb və dərc edib.

74 səhifəlik sənəddə müəlliflərin böhrandan xəbər verdiyini bildirdiyi açıq mənbələrdən əldə edilmiş məlumatlarla yanaşı, onun həlli yolları ilə bağlı təkliflər də əksini tapıb. Müəlliflər vurğulayırlar ki, islahatlar dövlətin “kilsənin daxili kanonik muxtariyyətinə müdaxilə etmədən” öz hüquqi səlahiyyətləri çərçivəsində hərəkət etməsi ilə yanaşı, ruhanilərin və dindarların iştirakı ilə kilsənin özü tərəfindən həyata keçirilməlidir. Buna cavab olaraq…