BAKI, Azərbaycan, 1 oktyabr. Qazaxıstanın “QazaqGaz” və “United Energy CA” şirkətləri Almatıda keçirilən bugünkü görüş zamanı geoloji kəşfiyyat sahəsində potensial əməkdaşlığı, o cümlədən birgə layihələri və sərmayə imkanlarını müzakirə ediblər.
Trend News Agency · 2026-10-01
BAKI, Azərbaycan, 1 oktyabr. Qazaxıstanın “QazaqGaz” və “United Energy CA” şirkətləri Almatıda keçirilən bugünkü görüş zamanı geoloji kəşfiyyat sahəsində potensial əməkdaşlığı, o cümlədən birgə layihələri və sərmayə imkanlarını müzakirə ediblər.
Bu barədə “QazaqGaz”ın mətbuat xidmətindən kəşfiyyat və hasilat üzrə sədr müavini Asılcan Dauletov ilə “United Energy CA”nın baş direktoru Azfar Əlinin KIOGE 2026 tədbiri çərçivəsində keçirilən görüşünün yekunlarına əsasən məlumat verilib.
Məlumata görə, görüş zamanı tərəflər kəşfiyyat sahəsində potensial əməkdaşlıq istiqamətlərini, o cümlədən yeni layihələrin birgə həyata keçirilməsi və perspektivli sahələrin inkişafına sərmayə cəlb olunması imkanlarını müzakirə ediblər. Şirkətlər tərəfdaşlığın daha da inkişaf etdirilməsində və potensial kəşfiyyat və karbohidrogen hasilatı layihələri üzrə ətraflı işlərin davam etdirilməsində qarşılıqlı maraq…