Özbəkistan Prezidenti yaxın günlərdə Bakıya səfər edəcək (Eksklüziv)

BAKI, Azərbaycan, 1 oktyabr. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək. Bu barədə Özbəkistan Oliy Məclisinin Senatının sədrinin birinci müavini Sodiq Safoyev cümə axşamı Bakıda keçirilən CAMCA 2026 Regional Forumu çərçivəsində “Trend”ə açıqlama verib.

Trend News Agency · 2026-10-01

BAKI, Azərbaycan, 1 oktyabr. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək. Bu barədə Özbəkistan Oliy Məclisinin Senatının sədrinin birinci müavini Sodiq Safoyev cümə axşamı Bakıda keçirilən CAMCA 2026 Regional Forumu çərçivəsində “Trend”ə açıqlama verib.

“Səfər zamanı iqtisadi əməkdaşlıq və Qarabağın birgə inkişafı üzrə bir paket sazişin imzalanması gözlənilir”, - o bildirib. İllik CAMCA (Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstan) Regional Forumu ilk dəfədir ki, Bakıda keçirilir.

Forum Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstanda dialoqun, əməkdaşlığın və dayanıqlı iqtisadi inkişafın təşviqinə yönəlib. Tədbir özəl və dövlət sektorlarının nümayəndələrini, yüksək vəzifəli şəxsləri, investorları, sahibkarları və ekspertləri bir araya gətirir. İki gün davam edəcək tədbirdə regional əməkdaşlığın genişləndirilməsi, iqtisadi artım və sosial…