ABŞ-nin hərb naziri Pit Heqset, seçkinin təhlükəsizliyini təmin etmək məqsədilə memorandum imzalayıb. Bu, xarici təhdidlərin qarşısını almaq üçün hərbi kəşfiyyat və kiberkomandanlığın səfərbər olunmasını əhatə edir.
Oxu.az · 2026-09-29
Yeniliklərdən dərhal xəbərdar olun ABŞ-nin hərb naziri Pit Heqset ölkədəki seçkinin təhlükəsizliyini təmin etmək və xarici təhdidlərin qarşısını almaq məqsədilə hərbi kəşfiyyatın, eləcə də kiberkomandanlığın səfərbər olunması barədə memorandum imzalayıb. Oxu.
Az xəbər verir ki, müvafiq sənəd ABŞ Hərb Nazirliyinin (Pentaqon) rəsmi rəqəmsal resursunda yerləşdirilib. Pentaqon rəhbəri qeyd edib ki, seçki infrastrukturunun mühafizəsi üçün kəşfiyyat orqanlarına bütün qanuni ehtiyatları, imkanları və tərəfdaşlıqları cəlb etməyə icazə verir.
Bu addım hər bir ABŞ-linin xarici hədə-qorxu, məcburiyyət və ya təzyiq olmadan səsvermə hüququndan istifadə etməsinə şərait yaratmalıdır. Sənədə əsasən, ABŞ Kiberkomandanlığı və yardımçı kəşfiyyat qurumlarının rəhbərləri kənar müdaxilə cəhdlərinin zərərsizləşdirilməsinə cavabdeh olacaqlar. Bununla yanaşı, nazirlik təhlükələr barədə məlumatların toplanması və…