Nvidia, Apple-ı geridə qoydu: 235 milyard dollarlıq tarixi nəticə

Nvidia, 235 milyard dollarlıq büdcə ilə ABŞ biznes tarixində ən iri səhmlərin geri satın alınması proqramını elan edib. Bu, Apple-ın rekordunu yeniləyir.

Oxu.az · 2026-09-28

Yeniliklərdən dərhal xəbərdar olun "Nvidia" texnologiya şirkəti ABŞ şirkətləri tarixində səhmlərin ən böyük geri satın alınması proqramını işə salır. Oxu. Az bildirir ki, bu barədə "Financial Times" nəşri məlumat verib.

Şirkət bildirib ki, onun direktorlar şurası səhmlərin geri satın alınması proqramının 150 milyard dollar artırılmasını təsdiqləyib. Beləliklə, proqrama ayrılan ümumi vəsaitin məbləği 235 milyard dollara çatıb.

"Nvidia"nın proqramı "Apple"ın 2024-cü ildə müəyyən etdiyi 110 milyard dollarlıq əvvəlki rekordu üstələyib və ABŞ biznesi tarixində səhmlərin geri satın alınması üzrə ən böyük proqram olub. Bakı vaxtı ilə saat 16:15-də NASDAQ birjasının ilkin ticarət əməliyyatlarında "Nvidia" (NVDA) səhmləri 1,5% artaraq 228,48 dollara çatıb. Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Ən son xəbərləri bizim "X" səhifəmizdə…