Netanyahu BƏƏ-yə səfər etdi, Prezidentlə görüşdü

İsrailin Baş naziri Benyamin Netanyahu Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. O, ölkə Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb.

Oxu.az · 2026-09-28

Yeniliklərdən dərhal xəbərdar olun İsrailin Baş naziri Benyamin Netanyahu bazar gününə keçən gecə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib və ölkə Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb. Oxu. Az bu barədə BƏƏ-nin WAM rəsmi informasiya agentliyinə istinadən xəbər verir.

Görüşdə tərəflər ikitərəfli əməkdaşlığı, regional və beynəlxalq məsələləri müzakirə edib, Yaxın Şərqdəki vəziyyətə xüsusi diqqət yetiriblər. İsrailin "Kan" dövlət teleradio şirkəti sentyabrın 27-də Netanyahunun BƏƏ-yə səfərinin əvvəlcədən elan edilmədiyini bildirib.

Baş nazir israilli iş adamına məxsus şəxsi biznes-cetdən istifadə edib. O, bundan əvvəl İranla müharibə zamanı Əbu-Dabiyə uçarkən də həmin təyyarədən istifadə etmişdi. Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin