BAKI, Azərbaycan, 29 sentyabr. “Moody's Ratings” agentliyi bu gün Qazaxıstan hökumətinin yerli və xarici valyutada uzunmüddətli emitent reytinqlərini “Baa1” səviyyəsində, proqnozu isə “stabil” olaraq təsdiqlədiyini açıqlayıb.
Trend News Agency · 2026-09-29
BAKI, Azərbaycan, 29 sentyabr. “Moody's Ratings” agentliyi bu gün Qazaxıstan hökumətinin yerli və xarici valyutada uzunmüddətli emitent reytinqlərini “Baa1” səviyyəsində, proqnozu isə “stabil” olaraq təsdiqlədiyini açıqlayıb.
Eyni zamanda, agentlik xarici valyutada təminatsız borc və MTN proqramının reytinqlərini müvafiq olaraq “Baa1” və “(P)Baa1” səviyyəsində təsdiqləyib.
“Qazaxıstanın “Baa1” reytinqlərinin təsdiqlənməsi aşağı hökumət borcu yükü, borca xidmət göstərmək qabiliyyətinin yüksək olması və iqtisadi şokları udmaq üçün əlavə imkanlar yaradan suveren aktivlərlə dəstəklənən güclü fiskal mövqeyini əks etdirir. Neft hasilatının azalmasına və əsas neft ixracı marşrutunda yaranan maneələrə baxmayaraq, iqtisadiyyat genişlənməyə davam edib ki, bu da qeyri-neft sektorlarının artan töhfəsini nümayiş etdirir”, – deyə “Moody's” bildirib. Agentlik qeyd edib ki, rəqəmsal, nəqliyyat və…