BAKI, Azərbaycan, 28 sentyabr. Orta Dəhliz özəl sərmayələri cəlb etmək, iş yerləri yaratmaq və iştirakçı ölkələrin iqtisadiyyatını şaxələndirmək potensialına malikdir.
Trend News Agency · 2026-09-28
BAKI, Azərbaycan, 28 sentyabr. Orta Dəhliz özəl sərmayələri cəlb etmək, iş yerləri yaratmaq və iştirakçı ölkələrin iqtisadiyyatını şaxələndirmək potensialına malikdir. Bu barədə Dünya Bankının “İnteqrasiya: Transxəzər Nəqliyyat Dəhlizi boyunca dünya səviyyəli ticarət logistikası” adlı hesabatında bildirilir.
Hesabata əsasən, Orta Dəhliz iki kıt'əni birləşdirən və uzunluğu, mürəkkəbliyi, eləcə də parçalanmış olması ilə səciyyələnən formalaşmaqda olan beynəlxalq ticarət şəbəkəsidir. Onun marşrutları Mərkəzi və Şərqi Asiya, Cənubi Qafqaz, Türkiyə və digər Avropa ölkələrindən keçir və 10 000 kilometrdən çox uzana bilər.
“Marşrut dəmir yolu, avtomobil yolu və qısa məsafəli dəniz daşımalarını, həmçinin dəniz və daxili limanlar arasındakı əlaqələri birləşdirən multimodal yük daşıma şəbəkəsidir. Nəqliyyatın multimodal xarakteri tək bir nəqliyyat növünün istifadəsi ilə müqayisədə əməliyyat…