BAKI, Azərbaycan, 1 oktyabr. Baş verən hadisələri işıqlandıran və xəbərləri cəmiyyətə çatdıran media ictimai rəyin, qarşılıqlı etimadın və anlaşmanın, eləcə də dialoq və əməkdaşlıq imkanlarının formalaşmasına təsir göstərməyə qadir olan qüvvədir, - Prezident İlham Əliyev Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AİMTF Media Forumunun iştirakçılarına ünvanladığı müraciətdə bildirib.
Trend News Agency · 2026-10-01
BAKI, Azərbaycan, 1 oktyabr.
Baş verən hadisələri işıqlandıran və xəbərləri cəmiyyətə çatdıran media ictimai rəyin, qarşılıqlı etimadın və anlaşmanın, eləcə də dialoq və əməkdaşlıq imkanlarının formalaşmasına təsir göstərməyə qadir olan qüvvədir, - Prezident İlham Əliyev Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AİMTF Media Forumunun iştirakçılarına ünvanladığı müraciətdə bildirib.
“Dezinformasiyanın geniş yayılması, süni intellekt texnologiyalarından istifadə etməklə saxta informasiya və materialların istehsalı ictimai etimada birbaşa təsir göstərir. Xüsusilə sosial medianın və rəqəmsal platformaların rolunun sürətlə genişləndiyi bir dövrdə medianın hesabatlılığı və məsuliyyəti getdikcə daha böyük əhəmiyyət kəsb edir. Bütün bunlar media institutları qarşısında peşəkarlıq və qərəzsizlik baxımından daha…