Marko Rubio bildirib ki, Qrenlandiyaya investisiya yatırılması ABŞ-nin razılığı ilə mümkün olacaq. Bu məsələ ABŞ-ın təsdiqini tələb edir.
Oxu.az · 2026-09-29
Yeniliklərdən dərhal xəbərdar olun "Qrenlandiyaya investisiya yatırılması məsələsi ABŞ-nin razılığı əsasında həllini tapacaq". Oxu. Az xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində bildirib.
Rubionun sözlərinə görə, ada ilə bağlı əldə olunmuş yeni saziş Vaşinqtona Şimali Amerikanın raket hücumundan müdafiə qalxanı üçün əlavə hərbi obyektlər inşa etmək imkanı verir.
"Hazırda müddətsiz olaraq qüvvədə olan bu razılaşmaya əsasən, Birləşmiş Ştatların heç bir rəqibi bizim təsdiqimiz olmadan ora sərmayə yatıra bilməyəcək", - deyə Rubio vurğulayıb. Ötən həftə ABŞ prezidenti, həmçinin Danimarka və Qrenlandiyanın baş nazirləri adanın təhlükəsizliyinin təminatı üzrə öhdəliklərin bir hissəsinin Vaşinqtona verilməsini nəzərdə tutan sənəd imzalayıblar. Bu müqavilə ABŞ-yə Qrenlandiyada hərbi mövcudluğunu genişləndirmək prosesinə, o cümlədən adada iki…