Manatın Məzənnəsi Stabil Qalır

Prezident İlham Əliyev manatın 2017-ci ildən etibarən stabil qaldığını vurğulayıb. Məzənnə siyasəti makroiqtisadi stabilliyin əsas istiqamətlərindən biridir.

Oxu.az · 2026-09-29

"Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı manat məzənnəsinin 2017-ci aprel ayından etibarən stabil qaldığını və yaxşı ticarət balansımızın olduğunu bildirib.

Milli valyutanın məzənnəsi maliyyə stabilliyinin gücləndirilməsi baxımından vacib meyarlardandır. Bu baxımdan, məzənnə siyasəti makroiqtisadi stabilliyin əsas istiqamətlərindən birinə çevrilib".