Abxaziyada yerli sakin rusiyalı turisti öldürdüyünü etiraf edib

Abxaziyada rusiyalı turistin qətli. Abxaziyada rusiyalı turisti öldürməkdə şübhəli bilinən yerli sakin həbsindən sonra cinayəti etiraf edib. Edqar Abuxba daha əvvəl ağır cinayətə – xüsusi amansızlıqla zorlamaya görə həbs cəzası çəkib.

JAMnews · 2026-09-28

Abxaziyada rusiyalı turistin qətli Abxaziyada rusiyalı turisti öldürməkdə şübhəli bilinən yerli sakin həbsindən sonra cinayəti etiraf edib. Edqar Abuxba daha əvvəl ağır cinayətə – xüsusi amansızlıqla zorlamaya görə həbs cəzası çəkib.

Abxaziya Daxili İşlər Nazirliyi Rusiya vətəndaşı Amina Bikbovanın qətlində şübhəli bilinən şəxsin saxlanıldığını bildirib. Rusiyanın Orenburq şəhərindən olan 26 yaşlı qadın Abxaziyanın Qaqra şəhərində istirahətdə olarkən 25 yaşlı yerli meyvə satıcısı Edqar Abuxba ilə tanış olub. Onlar bir neçə gün mesajlaşıblar.

Aminanın rəfiqəsinin sözlərinə görə, sentyabrın 24-də Abuxba onu qəhvə içməyə dəvət edib. Həmin vaxtdan bəri ondan xəbər yoxdur və o, ailəsi ilə əlaqə saxlamayıb. Qızlarının itkin düşməsindən narahat olan valideynləri Abxaziya Daxili İşlər Nazirliyinə müraciət ediblər. Bir gün sonra nazirlik rusiyalı turistin qətlində şübhəli bilinən şəxsin…