BAKI, Azərbaycan, 29 sentyabr. Sentyabrın 28-də İtaliyanın paytaxtı Romada Azərbaycanın dərin köklərə malik dözümlülük və müxtəlif dini qrupların dinc yanaşı yaşama ənənələrini işıqlandıran "Harmoniya" sənədli filmַinin təqdimatı keçirilib.
Trend News Agency · 2026-09-29
BAKI, Azərbaycan, 29 sentyabr. Sentyabrın 28-də İtaliyanın paytaxtı Romada Azərbaycanın dərin köklərə malik dözümlülük və müxtəlif dini qrupların dinc yanaşı yaşama ənənələrini işıqlandıran "Harmoniya" sənədli filmַinin təqdimatı keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
Filmin istehsalı Bakı Media Mərkəzi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə səyidir. Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva filmin icraçı prodüseridir.
Mərasimə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Müqəddəs Taxt-Tacın yüksək rütbəli dövlət rəsmiləri, diplomatik nümayəndəliklərin başçıları, tanınmış dini liderlər və müxtəlif dini icmaların nümayəndələri qatılıblar. Əvvəlcə iştirakçılar Azərbaycanın zəngin dini və mədəni irsini, eləcə də əsrlər boyu davam edən multikultural dəyərlərini əks etdirən…