BAKI, Azərbaycan, 29 sentyabr. Sentyabrın 29-da Müqəddəs Taxt-Tacda "Səmavi dinlər" layihəsi çərçivəsində iudaizm, xristianlıq və islam dinlərinə həsr olunmuş Azərbaycan xalçaları sərgisinin açılış mərasimi keçirilib.
Trend News Agency · 2026-09-30
BAKI, Azərbaycan, 29 sentyabr. Sentyabrın 29-da Müqəddəs Taxt-Tacda "Səmavi dinlər" layihəsi çərçivəsində iudaizm, xristianlıq və islam dinlərinə həsr olunmuş Azərbaycan xalçaları sərgisinin açılış mərasimi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva tədbirdə iştirak ediblər.
Açılış mərasimində çıxış edən Vatikan Şəhər Dövlətinin Qubernatorluğunun prezidenti Xaçlı Sister Raffaella Petrini mədəniyyət və yaddaşın sülhün əsas sütunları olduğunu bildirərək deyib: "Sərgi müxtəlif dinlər, xalqlar, mədəniyyətlər, dillər və ənənələr arasında dialoq üçün imkan yaratmaq məqsədi daşıyır.
Bu, həm də xalçaçılıq sənətinin köklərinin ölkənin ənənələri ilə sıx bağlı olduğu Azərbaycana bir ehtiramdır. Bu gün burada nümayiş etdirilən xalçalar təkcə yüksək ixtisaslı sənətkarlar tərəfindən yaradılmış qiymətli nümunələr deyil, həm də eyniyyəti və bəşəriyyəti təcəssüm…